Cəlilabadda avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb

Cəlilabadda avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
19 İyun , 2019 17:52
Cəlilabadda avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Report"un Muğan bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi 3 kiloqram 150 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi