Cəlilabadda avtomobildə 3 kiloqram narkotik aşkarlandı

Cəlilabadda avtomobildə 3 kiloqram narkotik aşkarlandı Cəlilabad raonunda avtomobildən 3 kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlanıb.
Hadisə
7 Sentyabr , 2020 10:55
Cəlilabadda avtomobildə 3 kiloqram narkotik aşkarlandı

Cəlilabad raonunda avtomobildən 3 kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlanıb.

Bu barədə "Report"un Muğan bürosuna  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “VAZ-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində 1 ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi