Cəlilabadda avtomobil üzüm piştaxtasına çırpılıb, satıcı komaya düşüb

Cəlilabadda avtomobil üzüm piştaxtasına çırpılıb, satıcı komaya düşüb Cəlilabad. 12 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Sentyabr , 2018 21:43
Cəlilabadda avtomobil üzüm piştaxtasına çırpılıb, satıcı komaya düşüb

Cəlilabad. 12 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qurulmuş üzüm piştaxtasına çırpılıb. Hadisə nəticəsində orada olan rayonun 2009-cu il təvəllüdlü Alar kənd sakini Əsgərov Taleh Sərvər oğlu ağır xəsarət alıb. Yaralı sürücü tərəfindən əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), ardınca isə Biləsuvar RMX-yə aparılıb. O, bel sümüklərinin sınığı və baş nahiyəsindən aldığı ağır xəsarətlərlə koma vəziyyətində xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi