Cəlilabadda avtomobil su kanalına düşüb - FOTO

Cəlilabadda avtomobil su kanalına düşüb - FOTO Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
16 Yanvar , 2020 20:01
Cəlilabadda avtomobil su kanalına düşüb - FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes Vito” markalı avtomobil körpüdən yuvarlanaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə nətcəsində xəsarət alan olmayıb.

Qəzaya ilkin səbəb kimi qarlı hava şəraiti göstərilir.

Qeyd edək ki, bu gün Cəlilabad rayonunun Badamağac, Şatırlı, Əsədli, Ləkin və Zəhmətabad kəndlərinə qar yağıb. Hazırda bu kəndlərdə qarın səviyyəsi 7 sm-ə çatıb.

Son xəbərlər

Orphus sistemi