Cəlilabadda avtomobil qəzası olub, xəsarət alan var

Cəlilabadda avtomobil qəzası olub, xəsarət alan var Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
195
25 İyul , 2021 05:17
Cəlilabadda avtomobil qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un məlumatına görə, hadisə magistral yolun Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Qarayev Şənlik Qayıtmaz oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi