Yuxarı
    Bağlamaq

    Cəlilabadda avtomobil piyadanı vurub

    Cəlilabad. 8 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "Hundai" markalı avtomobil şəxsiyyəti hələlik müəyyənləşdirilməyən təxminən 40 yaşlı kişini vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi