Cəlilabadda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Cəlilabadda avtomobil piyadanı vuraraq xəsarət yetirib Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Dekabr , 2019 08:15
Cəlilabadda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Minik avtomobili yolu qarşı tərəfinə keçmək istəyən Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Ceyhun Ənvər oğlunu vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. C.Məmmədov daha sonra müalicəsini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi