Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Dekabr , 2017 10:14
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad. 11 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, Ələt-Astara magistral yolunda, rayonun Olimpiya İdman Kompleksinin yaxınlığından keçən hissəsində naməlum avtomobil Cəlilabadın Göytəpə şəhər sakini, 1986-cı il təvəllüdlü Natiq Fazil oğlu Nəzərovu vurub. N.Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücünün axtarışları davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 


***9:58

Cəlilabad. 11 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, naməlum avtomobil rayon sakini, 30-35 yaşlarında olan kişini vuraraq hadisə yerindən qaçıb.

Yaralı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Hadisəni törədən sürcünün  tapılması istiqamətində araşdımalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi