Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb 

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb  Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə
7 avqust 2021 10:43
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb 

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Qasım idarə etdiyi “VAZ-2199” markalı minik avtomobili ilə yolun kənarı ilə hərəkət edən həmkəndlisi, 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı vurub.

Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərlə rayon xəstəxanasına çatdırılsada orada vəfat edib.

Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi