Cəlilabadı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 13-də saat 1 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində Astara rayon sakini Maarif Cabbarov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Rəhmin Əsədullayevi və Bakı şəhər sakini Aydın Cənnətovu vurub.
"Report"un Muğan bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində A.Cənnətov hadisə yerində ölüb, R.Əsədullayev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.