Cəlilabadda baş verən avtomobil qəzasında iki abituriyent ölüb - YENİLƏNİB-2 - FOTO

Cəlilabadda baş verən avtomobil qəzasında iki abituriyent ölüb - YENİLƏNİB-2 - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
13 İyul , 2017 14:25
Cəlilabadda baş verən avtomobil qəzasında iki abituriyent ölüb - YENİLƏNİB-2 - FOTO

Cəlilabad. 13 iyul. REPORT.AZ/ Cəlilabad rayonunun Alar kəndində baş vermiş yol qəzasında dünyasını dəyişmiş gənclər abituriyent olub.

"Report"un xəbərinə görə, Alar kənd 3 saylı orta məktəbini bitirmiş Ələmdar Əzizov və Şəmsi Qarayev sabah, iyulun 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirəcəyi qəbul imtahanında iştirak edəcəkdi.

Onların hər ikisi 2000-ci il təvəllüdlüdür.

Faktla bağlı araşdırma aparılır.


 *** saat 12:22

Cəlilabad. 13 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, 18 yaşlı sürücü, Ələmdar Qoşqar oğlu Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Şəmsi Qarayev ölüb. 


***12:11

Cəlilabad. 13 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi