Cəlilabadda avtomobil 12 yaşlı yeniyetməni vuraraq öldürüb

Cəlilabadda avtomobil 12 yaşlı yeniyetməni vuraraq öldürüb Cəlilabadda minik avtomobili 12 yaşlı yeniyetməni vuraraq öldürüb.
Hadisə
26 İyun , 2022 00:44
Cəlilabadda avtomobil 12 yaşlı yeniyetməni vuraraq öldürüb

Cəlilabadda minik avtomobili 12 yaşlı yeniyetməni vuraraq öldürüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili kənd sakini, 2010-cu il təvəllüdlü Əkbərov Ayxan Emin oğlunu vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi