Cəlilabadda ata və oğul bıçaqlanıb - YENİLƏNİB

Cəlilabadda ata və oğul bıçaqlanıb - YENİLƏNİB Cəlilabad. 30 may. REPORT.AZ/ Cəlilabad rayonunda ata və oğul bıçaqlanıb.
Hadisə
30 May , 2018 16:08
Cəlilabadda ata və oğul bıçaqlanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Cəlilabad. 30 may. REPORT.AZ/ Cəlilabad rayonunda ata və oğul bıçaqlanıb. 

Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı yaralanan, 1980-ci il təvəllüdlü Əliyev Babək Vəlihəd oğlu ilə yanaşı, onun atası, 1946-cı il təvəllüdlü Əliyev Vəlihəd Əziz oğlu da bıçaqlanıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onlara ilkin tibbi yardım göstərilib. 


***14:58

Cəlilabad. 30 may. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini Babək Əliyev Sabirabad kənd sakini ilə aralarında düşən mübahisə zəminində bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, Babək Əliyev borc verdiyi adamdan pulunu almaq istəyən zaman bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi