Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb

Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
1 Sentyabr , 2018 10:15
Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb
Report

Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri - 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi