Cəlilabadda ana və qızı qətlə yetirilib - FOTO - ƏLAVƏ OLUNUB

Cəlilabadda ana və qızı qətlə yetirilib - FOTO - ƏLAVƏ OLUNUB Cəlilabad. 30 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ana və qızını qətlə yetirən şəxsin adı məlum olub.
Hadisə
30 Avqust , 2018 11:41
Cəlilabadda ana və qızı qətlə yetirilib - FOTO - ƏLAVƏ OLUNUB
Report
0 : 00
0 : 00

Cəlilabad. 30 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ana və qızını qətlə yetirən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun müxbirinin hüquq-mühafizə orqanlarının əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisəni rayon sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov  törədib. Onun əvvəllər məhkum olduğu bildirlir. Hadisəni sonuncu dəfə həbsdən çıxandan bir neçə gün sonra törətdiyi məlum olub. 

Y.Bayramov hadisəni törədəndən sonra qaçıb Onun axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***11:14

  Xəbər 11:02-də dərc edilib, foto və ölən şəxslərin adı əlavə edilib.


***10:52

Cəlilabad. 30 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda ana və qızı qətlə yetirilib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Ocaqlı kəndində baş verib.

Belə ki, kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi