Cəlilabadda ana doğuş zamanı ölüb

Cəlilabadda ana doğuş zamanı ölüb Cəlilabad. 11 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda ana doğuş zamanı ölüb.
Hadisə
111
11 Aprel , 2018 14:05
Cəlilabadda ana doğuş zamanı ölüb

Cəlilabad. 11 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda ana doğuş zamanı ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

Belə ki, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Yusubova Vəfa Ramazan qızı övladını dünyaya gətirdikdən sonra vəfat edib.

İlkin məlumata görə, qadının yaxınları onu xəstəxanaya gec gətiriblər.

Hazırda meyit Cəlilabad "morqunda" müayinə edilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi