Yuxarı
    Bağlamaq

    Cəlilabadda ağır yol qəzası baş verib, 6 nəfər xəsarət alıb - FOTO

    Yaralılardan birinin vəziyyəti ağırdır

    Cəlilabad. 9 yanvar. REPORT.AZ/ Cəlilabadda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 135-ci kilometrliyində rayonun Alar -Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

    “VAZ-21 06” markalı iki avtomobilin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər - Mətləb Zeynalov, Aşur Amanov, Zahid Həsənov, Təranə Niftiyeva, Hicran Həsənova, Nicat Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların hamısı Cəlilabad sakinləridir. 

    Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qalır. 

    İlkin məlumata görə, qəza avtomobillərdən birinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi