Cəlilabadda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı

Cəlilabadda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
17 Avqust , 2015 14:38
Cəlilabadda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı

Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 17-də saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində rayon sakini Ramiz Şükürov və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüblər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi