Yuxarı
    Bağlamaq

    ​Cəlilabadda ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO

    Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb

    Cəlilabad. 12 iyul. REPORT.AZ/ Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.

    Belə ki, rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi "Lada Kalina" markalı avtomobillə hərəkətdə olarkən Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişb.

    Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Yaralıların vəziyyəti ağır olduğundan xəstəxanada ilk yardım göstərildikdən sonra onlar Bakıya gətirilib.

    Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.

    Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi