Yuxarı

Cəlilabadda 70 yaşlı kişi evin çardağından yıxılaraq ölüb - YENİLƏNİB

Cəlilabadda 70 yaşlı kişi evin çardağından yıxılaraq ölüb - YENİLƏNİB

Cəlilabad. 26 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yaşadığı evin çardağından yıxılaraq ağır bədən xəsarətləri alaraq ölən şəxsin adı məlum olub.

"Report"un aran bürosu xəbər verir ki, rayon sakini, 1948-ci il təvəllüdlü Bahadur Qurbanov öz evinin çardağında iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan B.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


***08:29

Cəlilabad. 26 sentyabr. REPORT.AZ/ Cəlilabad şəhərində yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan ahıl kişi yaşadığı evin çardağından yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümükün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi