Cəlilabadda 7 yaşlı oğlan bel ilə döyülüb

Cəlilabadda 7 yaşlı oğlan bel ilə döyülüb Cəlilabad. 3 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda 7 yaşlı uşaq bel ilə döyülüb.
Hadisə
3 Aprel , 2018 17:46
Cəlilabadda 7 yaşlı oğlan bel ilə döyülüb

Cəlilabad. 3 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda 7 yaşlı uşaq bel ilə döyülüb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, şəhərin H.Aslanov küçəsində yaşayan, 2011-ci il təvəllüdlü Quliyev İbrahim Samid oğlu bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi