Cəlilabadda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Cəlilabadda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb Cəlilabad rayonunda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə
4 Dekabr , 2019 12:19
Cəlilabadda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Cəlilabad rayonunda 6690 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi