Cəlilabadda 60 yaşlı qadını avtomobil vurub

Cəlilabadda 60 yaşlı qadını avtomobil vurub Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Noyabr , 2021 07:54
Cəlilabadda 60 yaşlı qadını avtomobil vurub

Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü İbiyeva Yaxşıxanım Əfsər qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi