Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı

Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib.
Hadisə
237
22 İyul , 2021 22:20
Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı
0 : 00
0 : 00

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

2015-ci il təvəllüdlü Məhərrəmova Zəhra Ruslan qızı yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi