Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub - FOTO

Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub - FOTO Yanğının başvermə səbəbləri araşdırılır
Hadisə
22 Avqust , 2017 14:49
Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub - FOTO
Report.az

Cəlilabad. 22 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda 5 mərtəbəli yaşayış binanın ikinci mərtəbəsində yanğın olub. 

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Azərbaycan küçəsində Famiz Vəli oğlu Vəliyevə məxsus mənzildə qeydə alınıb. 

Yanğın üç otaqlı evin otaqlarından birində başlayıb. Mənzildə kimsə olmadığından hadisədən ilk olaraq qonşular xəbər tutub və yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 12 kvadratmetrdən ibarət otaqlardan biri yanaraq yararsız hala düşüb.

Binanın yuxarı mərtəbələrinə tüstü dolduğundan köməksiz vəziyyətdə qalan üç nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. 

Yanğının başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi