Yuxarı
    Bağlamaq

    Cəlilabadda 43 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb

    Yaralının vəziyyəti ağırdır

    Cəlilabad. 11 iyun. REPORT.AZ/ Cəlilabad rayonunun Sabirabad kəndində bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, 43 yaşlı kənd sakini Rəfael Ağaş oğlu Səfərov mübahisə zəminində həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov tərəfindən bıçaqlanıb.

    İki bıçaq yarası alan Rəfael Səfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Akif Heydərov isə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi