Cəlilabad. 23 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 41 yaşlı qadın döyülüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alıqasımlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Dilşad Nüsrət qızı Xalıqova qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan 41 yaşlı qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.