Cəlilabadda 400 ot bağlaması yandı

Cəlilabadda 400 ot bağlaması yandı Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın baş verib.
Hadisə
12 Mart , 2020 19:29
Cəlilabadda 400 ot bağlaması yandı

Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini İbrahim Əli oğlu Cəfərova məxsus talvarda yanğın qeydə alınıb. 

Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. 

İlkin məlumata görə, hadisə nəticəsində talvar və onun altına yığılmış 400 ədəd ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi