Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Yerli sakin, 1984-cü il təvəllüdlü Hüseynov Elgün Mirzəyar oğlu döyülüb. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.