Cəlilabadda 3 uşaq atası qətlə yetirilib - YENİLƏNİB

Cəlilabadda 3 uşaq atası qətlə yetirilib - YENİLƏNİB Cəlilabad. 7 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə
7 Oktyabr , 2018 23:47
Cəlilabadda 3 uşaq atası qətlə yetirilib - YENİLƏNİB

Cəlilabad. 7 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Novruzov Ceyhun Dədəkişi oğlunu həmyerlisi, 34 yaşlı Quliyev Gülbala Rauf oğlu bıçaqlayaraq qətlə yetirib.

Belə ki,Bakı şəhərində işləyən G.Quliyev hadisə baş verən gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. 

Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.


***21:16

Cəlilabad. 7 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Novruzov Ceyhun Dədəkişi oğlu bıçaqlanaraq qətlə yetirilib. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilirb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi