Cəlilabadda 29 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabadda 29 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Cəlilabad rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.
Hadisə
19 Noyabr , 2019 16:12
Cəlilabadda 29 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Zopun kənd sakini, 1990-cı il təvəllüdlü Vəliyev Qurban Ərəstun oğlunu həmin yaşayış məntəqəsində elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


*** 14:26

Cəlilabad rayon sakinini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəlilabad kəndində qeydə alınıb. 

Belə ki, fərdi yaşayış evinin çardağında işləyən orta yaşlı kişini ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. O aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi