Cəlilabad rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Zopun kənd sakini, 1990-cı il təvəllüdlü Vəliyev Qurban Ərəstun oğlunu həmin yaşayış məntəqəsində elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
*** 14:26
Cəlilabad rayon sakinini elektrik cərəyanı vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəlilabad kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evinin çardağında işləyən orta yaşlı kişini ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. O aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.