Cəlilabadda 28 yaşlı gənc döyülüb

Cəlilabadda 28 yaşlı gənc döyülüb
Hadisə
7 Fevral , 2018 19:04
Cəlilabadda 28 yaşlı gənc döyülüb

Cəlilabad. 7 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 28 yaşlı gənc döyülüb. 

"Report"un Cənub bürosunun məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu tanıdığı şəxslə məlum olmayan səbəbdən dalaşıb.

Nəticədə A.Cəfərovun burnu sınıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.