Cəlilabadda 21 yaşlı gənci avtomobil vurub

Cəlilabadda 21 yaşlı gənci avtomobil vurub Cəlilabad rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.
Hadisə
31 oktyabr 2019 15:35
Cəlilabadda 21 yaşlı gənci avtomobil vurub

Cəlilabad rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Həsənqulu İntiqam oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi