Cəlilabadda 21 yaşlı gənc suda boğulub - YENİLƏNİB

Cəlilabadda 21 yaşlı gənc suda boğulub - YENİLƏNİB Cəlilabad rayonunda süni göldə bataraq boğulan şəxsin meyiti sudan çıxarılıb.
Hadisə
22 İyul , 2019 09:19
Cəlilabadda 21 yaşlı gənc suda boğulub - YENİLƏNİB

Cəlilabad rayonunda süni göldə bataraq boğulan şəxsin meyiti sudan çıxarılıb.  

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Babaxanlı kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Loğman Əbdülhüseyn oğlu göldəçimərkən boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 08:21

Cəlilabad rayonunda gənc oğlan suda boğulub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində yerləşən süni göldə baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan çimmək üçün süni gölə girib vəorada batıb.

Hadisə yerinə xilasedicilər, hüquq-mühafiozə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi