Yuxarı

Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyülüb

​Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Sadıqov Sadiq Rövşən oğlu naməlum şəxs tərəfindən küt alətlə döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi