Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda 19 yaşlı gənc döyülüb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Dövlətəlibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1999-cu il təvəllüdlü Elsever Elaydın oğlu Həsənov tanıdığı şəxs tərəfindən döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.