Yuxarı
    Bağlamaq

    Cəlilabadda 14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb - FOTO

    Faktla bağlı araşdırma aparılır© Report.az

    Cəlilabad. 6 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb. 

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

    Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etditi “Zil” markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan yeniyetmə hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi