Cəlilabadda gənc qadın intihara cəhd edib

Cəlilabadda gənc qadın intihara cəhd edib Qadın evlidir və bir övladı var.
Hadisə
29 Yanvar , 2019 15:35
Cəlilabadda gənc qadın intihara cəhd edib
0 : 00
0 : 00

Cəlilabad. 29 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Badamağac kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü  İ.Ə özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihara cəhd edib. 

İ.Ə-nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas ediblər. 

Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi