Cəlilabadda “07”lər toqquşub, 2 nəfər yaralanıb - FOTO

Cəlilabadda “07”lər toqquşub, 2 nəfər yaralanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
20 May , 2017 15:48
Cəlilabadda “07”lər toqquşub, 2 nəfər yaralanıb - FOTO
Report.az

Cəlilabad. 20 may. REPORT.AZ/ Cəlilabadda yol qəzasında 2 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun ərazisindən keçən hissəsində, diaqnostika mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki “VAZ-2107” markalı avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib, digəri isə Masallıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi