​Cəlilabadda iki qardaş yol qəzasına düşüb, onlardan biri ölüb - FOTO

​Cəlilabadda iki qardaş yol qəzasına düşüb, onlardan biri ölüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Noyabr , 2015 10:54
​Cəlilabadda iki qardaş yol qəzasına düşüb, onlardan biri ölüb - FOTO

Bakı. 6 noyabr. REPORT. AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən 141-ci kilometrliyində qeydə alınıb. 

Cəlilabad rayon Alar kənd sakini Zaur Ataxan oğlu Əliyev sükanı arxasında olduğu "Prado" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib. Sürücü isə yaralı halda Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb. Dünyasını dəyişən şəxsin sürücü Zaur Əliyevin qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi