Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlanıb Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
17 dekabr 2021 16:35
Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlanıb
0 : 00
0 : 00

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi