Cəlilabad sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər

Cəlilabad sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər Cəlilabad rayon sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər.
Hadisə
14 Sentyabr , 2019 11:39
Cəlilabad sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər

Cəlilabad rayon sakinləri ov tüfənglərini könüllü polisə təhvil veriblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. 

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R.Şıxəliyev Ş.Əbilov 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Şamaxı rayon sakinindən isə ov tüfəngi götürülüb. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi