Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu

Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçirib.
Hadisə
833
24 Noyabr , 2020 13:52
Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu
0 : 00
0 : 00

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan Cəlilabad şəhər sakinləri Sadiq ƏliyevFərhad Tomarov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıblar.

Onların kirayə yaşadıqları Xətai rayonundakı evdən 19 ədəd bağlamada çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, 4 bükümdə çəkisi 200 qram həşiş qətranı, 50 qram tiryək, 1 kiloqram psixatrop maddə metamfetamin, hər birində 100 ədəd həb olmaqla 15 qutu “Metadon-40” tərkibli dərman preparatları və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi