Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlanıb

Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlanıb Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb
Hadisə
717
21 İyul , 2017 08:41
Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlanıb
Report.az

Cəlilabad. 21 iyul. REPORT.AZ/ Cəlilabadda evində nakotik tərkibli bitki becərən şəxs saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi