Cəlilabad sakininin evindən 5 min manat oğurlanıb

Cəlilabad sakininin evindən 5 min manat oğurlanıb Cəlilabad. 29 aprel. REPORT.AZ/ Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.
Hadisə
29 Aprel , 2018 21:26
Cəlilabad sakininin evindən 5 min manat oğurlanıb

Cəlilabad. 29 aprel. REPORT.AZ/ Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavad Xan küçəsində baş verib. 

Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla mənzilə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar.

Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi