Cəlilabad sakinini ilan sancıb

Cəlilabad sakinini ilan sancıb Xəstənin vəziyyəti orta-ağır olaraq qalır
Hadisə
7 İyul , 2017 16:23
Cəlilabad sakinini ilan sancıb
Report.az

Cəlilabad. 7 iyul. REPORT.AZ/ Cəlilabadda ilansancma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Axtaxana kəndində qeydə alınıb.

Kənd sakini Rasim Sadıqov həyətyanı sahədəki bostandan xiyar yığarkən kol altında olan ilan onun sol əlinin barmaq nahiyəsindən sancıb. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub və digər tədbirlər görülüb.

Xəstənin vəziyyəti orta-ağır olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi