Cəlilabad sakinini avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad sakinini avtomobil vuraraq öldürüb - YENİLƏNİB Cəlilabad. 29 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən rayon sakininin şəxsiyyəti məlum olub.
Hadisə
29 Dekabr , 2018 14:32
Cəlilabad sakinini avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Cəlilabad. 29 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən rayon sakininin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Bakı şəhər sakini Orxan Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Ceyhun Abbasovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 11:03

Cəlilabad. 29 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən rayon sakinini vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyətini məyyənləşdirmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi