Cəlilabad sakinindən narkotik vasitə götürülüb

Cəlilabad sakinindən narkotik vasitə götürülüb Cəlilabad. 29 sentyabr. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Hadisə
29 Sentyabr , 2018 21:10
Cəlilabad sakinindən narkotik vasitə götürülüb

Cəlilabad. 29 sentyabr. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hümbətov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 11 bükümdə ümumi çəkisi 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi