Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Cəlilabad sakini yük maşınından yıxılaraq öldü Cəlilabad rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyul , 2020 13:33
Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Cəlilabad rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qəza iyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində baş verib.

Kənd sakini F.Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb. S.Babayev xəstəxanaya aparılarkən yolda ölüb..

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi